Auditor və mühasibatlıq xidmətləri Şirkətimiz tərəfindən göstərilən xidmətlər icbari mühasibatlıq və auditor xidmətlərini, o cümlədən beynəlxalq standartlara uyğun mühasibatlıq xidmətlərini əhatə edir. Biz müştərilərimiz ilə fəal çalışırıq, onlara icbari qanunvericiliyin tələb etdiyi qaydalara uyğun olaraq mühasibatlıq qeydlərin aparılmasına kömək edirik.
Forum şirkətində lisenziyalı təcrübəli auditorlar çalışır. Xarici şirkət və onların nümayəndəlikləri üçün vergi hesabatlarının auditindən başqa, biz vaxtaşırı olaraq, vergi məqsədləri üçün icbari auditlər həyata keçiririk . Bizim məqsədimiz, müştərilərimizi qanunvericiliyin mübahisəli hallarından və onların biznesində ağır nəticələrə səbəb ola biləcək gözlənilməz hallardan qorumaqdır.
Bizim tərəfdaşımız olan Moore Stephens Azerbaijan şirkəti, dünyanın 93 ölkəsində 335 müstəqil firma və 593 nümayəndəlik vasitəsi ilə təmsil olunan, 17.500 nəfər əməkdaşı olan Moore Stephens International şirkətlər qrupunun üzvüdür. Bizim müştərilərimizin bir çoxu İngiltərə şirkətləri olduğu üçün və mühasibatlıq xidmətlərinin beynəlxalq standartlara uyğun aparılması tələbi olması səbəbindən Forum şirkəti, 2001-ci ildə Moore Stephens Azerbaijan şirkəti ilə tərəfdaşlıq yaratdı.